“İmamzadə”nin bərpasına 4 milyon manat ayrıldı - SƏRƏNCAM
05 iyun 2013 18:47 (UTC +04:00)

“İmamzadə”nin bərpasına 4 milyon manat ayrıldı - SƏRƏNCAM

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksinin bərpasının tamamlanması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncama əsasən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işləri tamamlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804
avatar

Oxşar yazılar