“İki” alanların sayı bəlli oldu
16 iyun 2014 10:53 (UTC +04:00)

“İki” alanların sayı bəlli oldu

0

 

 

Komissiyadan Lent.az-a verilən məlumata görə, imtahanda iştirak edənlərdən 5298 nəfər XI sinif şagirdi ana dilindən, 5392 nəfər şagird isə riyaziyyatdan  “iki” qiyməti alıb.

 

Qeyd olunan sinif üzrə əla qiyməti alanların da sayı bəlli olub. Belə ki 2890 nəfər ana dilindən, 2774 nəfər isə riyaziyyatdan “beş” qiyməti alaraq, yüksək nəticə əldə ediblər.

 

Ana dili

 

Riyaziyyat

 

      

 

 

 

 2

5298

  2

5391

 3

7818

  3

7471

 4

4046

  4

4416

 5

2890

  5

2774

Cəmi

20052

Cəmi

20052

 

Qeyd edək ki, TQDK iyunun 13-də Naxçıvan Muxtar Respublikasında, həmçinin Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirib. Bu imtahanların nəticələri iyunun 15-də saat 13:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı komissiyanın internet saytı ilə yanaşı “Azercell”, “Bakcell” və “Nar Mobile” nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1389

Oxşar yazılar