“İctimai davranış qaydaları - gəncliyimizin qarantıdır!”
19 dekabr 2013 18:51 (UTC +04:00)

“İctimai davranış qaydaları - gəncliyimizin qarantıdır!”

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “İctimai davranış qaydaları - gəncliyimizin qarantıdır!” layihəsi çərçivəsində növbəti tədbir Mingəçevir şəhərində həyata keçirilib.

 

Lent.az-ın verdiyi məlumata görə, İctimai Birliyin rəhbəri İsgəndər Ağakişiyev ictimai görüşlər zamanı gənclərin iştirakı ilə küçələrdə ictimai davranış qaydaları mövzusunda müxtəlif problem situasiyalar qurularaq gənclərin həmin situasiyalarda iştirakının təmin olunduğunu bildirib.

 

İsgəndər Ağakişiyev  qeyd edib ki, bu yolla ictimai davranış qaydaları həm gənclərə təcrübə yolu vasitəsilə öyrədilib, həm də ətraf insanlara da ictimai davranış qaydalarının düzgünlüyü nümayiş olunub. Keçirilən təlimlər zamanı “Gənclər qrupu” yaradılıb. Həmin gənclər qrupunun üzvləri arasından daha fəal olan gənclər seçilərək təşkilatımızın növbəti fəaliyyətlərinə də cəlb olunub. Təlimlər, aksiyalar və görüşlər zamanı gənclərin ictimai davranış qaydalarını daha yaxşı anlamaları üçün maarifləndirici bukletlər paylanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar