“Gülər Əhmədovaya sistem köçürülür”
30 may 2014 12:55 (UTC +04:00)

“Gülər Əhmədovaya sistem köçürülür”

Sabiq deputat, mayın 5-də həbsdən şərti azadlığa buraxılan Gülər Əhmədova müalicə olunur. Lent.az-ın “Yeni Müsavat”a istinadən xəbərinə görə, bunu G. Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov bildirib. Onun sözlərinə görə, xüsusən ürək xəstəliyindən əziyyət çəkən G. Əhmədova həm də əsəblərini müalicə etdirir: “Bilirsiz ki, əsəb elə şeydir ki, bir çox orqanlara ziyan vurur. İndi Gülər xanıma sistem köçürülür. Həkimlər daha çox istirahətə vaxt ayırmağı və əsəbiləşməməyi tövsiyə edir. Ona görə də Gülər xanım mətbuata çıxmır, ictimai həyatda görünmür”. 

 

F. Əhmədovun sözlərinə görə, axşam gəzintiləri, maksimum çox təmiz hava almaq və uşaqları ilə ünsiyyət G. Əhmədovaya müsbət təsir edir: “Onun əsəblərini uşaqları sakitləşdirir. Xüsusən də balaca oğlumuz Tamerlanla söhbət etmək, ünsiyyət qurmaq ona müsbət təsir göstərir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 925
avatar

Oxşar yazılar