“Gənclik”dəki ticarət köşkləri niyə bağlanır?
11 mart 2014 10:46 (UTC +04:00)

“Gənclik”dəki ticarət köşkləri niyə bağlanır?

Bu gün səhərdən başlayaraq Bakı Metropoliteninin “Gənclik” stansiyasının keçidlərindəki ticarət köşklərinin fəaliyyəti dayandırılır. Modern.az saytı bildirir ki, buradakı dükanların sahiblərinə təcili işi dayandırmaq barədə xəbərdarlıq olunub. Satıcıların verdiyi məlumata görə, onlara malların toplanması üçün 1 saat vaxt verilib. Ticarətçilər baş verənlərin səbəbini bilmədiklərini deyiblər. 
Satıcılar deyiblər ki, ötən ilin sonlarında yeni dükanların quraşdırılması üçün onlardan xeyli pul alınıb, indi isə bağlatdırırlar.
Bakı Metropolitenindən məsləyə münasibət öyrənmək mümkün olmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1332

Oxşar yazılar