Bakı Ali Neft Məktəbində bu ilin fevral ayında yaradılan “Gənc Mühəndislər Klubu”nun iş planı çərçivəsində klubun üzvləri ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində və Qobustan Regional Təlim Mərkəzində olublar. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib. Bakı Ali Neft Məktəbinin “Gənc Mühəndislər Klubu” orta məktəblərin 7-11- ci sinif şagirdlərinə gələcəkdə mühəndis ixtisasları üzrə təhsil almaq üçün ixtisas seçimi istiqamətində biliklər vermək məqsədilə yaradılıb.