“Fırtına” Azərbaycana gəlir - YENİLƏNİB
09 dekabr 2013 15:28 (UTC +04:00)

“Fırtına” Azərbaycana gəlir - YENİLƏNİB

Azərbaycanın Türkiyəyə sifariş verdiyi T-155 «Fırtına» özüyeriyən haubitsaların gələn il çatdırılmasına başlanacaq.


 

Bu barədə APA-ya Türkiyənin Makina və Kimya Sənayesi Qurumundan (MKE) məlumat verilib.

 

Hazırda adı açıqlanmayan ölkənin istehsalı olan mühərriklər tərəflərin iştirakı ilə sınaqdan keçirilir və sınaqlar effektiv nəticələr verəcəyi təqdirdə mühərriklər hazır sistemlərin üzərinə yerləşdirilməklə Azərbaycana yola salınacaq.

 

Hazırda MKE şirkəti özüyeriyən haubitsaların istehsalı üzrə işləri davam etdirir. Ümumilikdə Azərbaycanın Türkiyə ilə bağladığı T-155 «Fırtına» kontraktına 36 ədəd özüyeriyən haubitsanın və onların yükləyicilərinin çatdırılması daxildir.

 

Tərəflər arasında müqavilə 2011-ci ildə imzalanıb. Lakin həm «Fırtına»nı mühərriklə təchiz edən Almaniyanın MTU şirkəti Ermənistanla silahlı münaqişə ilə bağlı ölkələri tərəfindən qoyulan embarqonu əsas gətirərək Azərbaycanın sifariş verdiyi döyüş texnikalarına mühərrik verməkdən imtina edib.

 

Azərbaycan tərəfi mühərrik problemi həll olunarsa, T-155 «Fırtına» sifarişini artırmaq niyyətindədir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4549
avatar

Oxşar yazılar