
“Əməkhaqqı artımları fiziki şəxslərin ödənişlərini artırmayacaq” – ekspert TƏKLİF VERDİ
“Minimum əməkhaqqı məbləğinin 250 manata çatdırılması ilə bağlı qərardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədə uyğundur”.
Lent.az məlumat verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. O qeyd edib ki, sosial paketin iqtisadi təsirlərini nəzərə alaraq sığorta haqları ilə minimum əməkhaqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var:
“Minimum əməkhaqqı məbləği artanda sosial ödənişlər də çoxalır. Fiziki şəxslərin minimum əməkhaqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda sentyabr ayından aylıq ödənişlər 50 manata yüksələcək. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı. Beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu haqda əməkhaqqı artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq”.
Oxşar yazılar

İyul ayında hər şeydə şanslı olacaq BÜRC
7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 iyul 2025 , 08:29Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29