“Çağ öyrətim”in şagirdlərinin yerləşdirilməsinə başlanıldı
01 iyul 2014 12:26 (UTC +04:00)

“Çağ öyrətim”in şagirdlərinin yerləşdirilməsinə başlanıldı

Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanıb. Bu barədə Lent.az-a İdarədən məlumat verilib.

 

Qəbul zamanı seçim məqsədilə Bakı şəhərinin ən yaxşı məktəbləri barədə ətraflı məlumat veriləcək.

 

Xatırladaq ki, iyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Təsisçilərin qərarına əsasən, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinə daxil olan Ağdaş Liseyi, Bakı Liseyi, Dədə Qorqud Liseyi, Qafqaz Gimnaziyası, Gəncə Liseyi, Quba Liseyi, Lənkəran Liseyi, Mingəçevir Liseyi, Sumqayıt Liseyi, Şəki Liseyi, Şirvan Liseyi bağlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1639

Oxşar yazılar