İdman ixtisası üzrə sınaq imtahanları keçiriləcək
05 iyun 2017 10:37 (UTC +04:00)

İdman ixtisası üzrə sınaq imtahanları keçiriləcək

0

 

 

2017/2018-ci tədris ili üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasın tərəfindən  tələbə qəbulu ilə bağlı 5 – 20 iyun tarixlərində saat 10:00-dan 17:00-dək xüsusi qabiliyyət tələb edən “Bədən tərbiyəsi və idman” ixtisası üzrə sınaq imtahanları keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən ( DİM ) Lent.az-a verilən məlumata görə, sınaq imtahanları İdman Akademiyasının stadion kompleksində və gimnastika zalında keçiriləcək. Qeyd edək ki, sınaq imtahanları abituriyentlər  üçün ödənişsizdir.

 

Sınaq imtahanları zamanı abituriyentlər Akademiyanın Atletika və Gimnastika kafedralarının mütəxəssisləri tərəfindən metodiki tövsiyələr, məsləhətlər ala biləcəklər.

Abituriyentlər imtahan normativləri ilə Dövlət imtahan Mərkəzi tərəfindən hazırlanmış xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı olan vəsaitlərdə tanış ola bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 439

Oxşar yazılar