“Bakı Qış Neft Məktəbi”nin açılış mərasimi  keçirilib
04 mart 2014 12:49 (UTC +04:00)

“Bakı Qış Neft Məktəbi”nin açılış mərasimi keçirilib

Bakı Ali Neft Məktəbində Alman Akademik Mübadilə Xidməti (DAAD)  tərəfindən təşkil edilən “Bakı Qış Neft Məktəbi”nin açılış mərasimi  keçirilib. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.
Açılış mərasimində ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Fariz Rzayev, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı məlumat mərkəzinin direktoru Nikola Ulliş, layihə iştirakçıları və Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti iştirak edib. Mərasimi giriş nitqi ilə başlayan  Bakı Ali Neft Məktəbinin rektoru  Elmar Qasımov   bu  layihədə iştirak etmək üçün Almaniyanın Lüdviq Maksimillian Universiteti, Berlin Texniki Universiteti, Leypziq Universiteti və digər tanınmış universitetlərindən gəlmiş tələbələri ölkəmizdə  və  Bakı Ali Neft Məktəbində görməkdən  məmnunluğunu ifadə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar