“Bakı 2015” Olimpiya oyunları üçün 24182 sorğu blankı elektronlaşdırılıb
27 may 2014 14:47 (UTC +04:00)

“Bakı 2015” Olimpiya oyunları üçün 24182 sorğu blankı elektronlaşdırılıb

Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ),  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AzGF) və “Bakı 2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin birgə dəstəyi ilə Bakı və regional təhsil müəssisələrinin tələbələri arasında keçirilən  rəy sorğusunun ilkin nəticələri bəlli olub. Bu barədə Lent.az-a GİN-in mətbuat xidmətindən məlumat verilib.


Ümumilikdə 105000 tələbə-gəncin iştirak etdiyi sorğuda 24.182 sorğu blankı elektronlaşdırılıb. Onlardan 12472 nəfəri kişi, 11714-ü isə qadındır. 4048 nəfəri 18 yaş, 6005 nəfəri 19 yaş, 9612 nəfəri  20 yaş, 2483 nəfəri isə 21 yaş həddindədir. Tələbələrdən 13584-ü “Bakı 2015” Avropa Oyunlarında könüllü qismində iştirak etmək istəyində olduğunu bildirib ki, onlardan 6703 nəfəri kişi, 6881 nəfəri isə qadınlardır.
 

Bu günə olan statistikaya görə, sorğuda iştirak etmiş tələbə-gənclər arasında Avropa Oyunlarına daxil bu və ya digər idman növləri üzrə kişilər arasında 3941 nəfər güləşə, 3812 nəfər boksa, 3437 nəfər isə cudoya azarkeşlik etmək istəyini bildirib. Statistikaya əsasən ən çox azarkeşlik edilən idman növləri aşağıdakılardır:


1)    Voleybol – 9191 nəfər
2)    Su idman növləri – 6555 nəfər
3)    Bədii gimnastika – 6059 nəfər
4)    Velosiped – 5485 nəfər
 

Qadınlar arasında isə 6059 nəfər voleybola, 4379 nəfər bədii gimnastikaya,
3646 nəfər isə su idman növlərinə azarkeşlik etmək istəyini bildirib. Qeyd edək ki, sorğuda iştirak etmiş respondentlərə bir neçə idman növünü seçmək imkanı verilib.
Mayın 7-dən başlanmış sorğu və toplanmış anketlərin elektronlaşdırılması prosesi bu həftə ərzində yekunlaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683
avatar

Oxşar yazılar