Həmkarlarımızı təbrik edirik.
“AzVision.az” saytının 2 yaşı tamam oldu
0
0
Bu gün ölkənin xəbər portalları arasında öz dəst-xətti olan “AzVision.az” portalının 2 yaşı tamam olur.
Lent.az-ın məlumatına görə, 2 il əvvəl müstəqil media qurumu kimi yaranan sayt ölkənin və dünyanın hadisələrini izləyir, təhlil edir və oxuculara çatdırır. "AzVision.az" əyləncə və şou xarakterli məlumatlara yer ayırmır və ictimai-siyasi xarakterli ciddi media quruluşu olmağa iddialıdır.
Baş redaktoru Vüsal Məmmədovun sözləri ilə desək, “"AzVision.az" ölkədə onlayn media bumu yaşanan bir dövrdə yarandı. Amma çox tezliklə öz yerini tutdu və sübut etdi ki, ucuz oyunlara getmədən, ciddi sayt olaraq da tanınmaq, oxucu qazanmaq mümkündür. Bu gün “AzVision.az” öz çəkisi və nüfuzu olan sayt olmaqla yanaşı, gündəlik 16-18 min oxucu, həm də misilsiz bir kollektiv deməkdir”.
0
0