“Azərsu” beynəlxalq mükafata layiq görüldü
10 oktyabr 2013 16:55 (UTC +04:00)

“Azərsu” beynəlxalq mükafata layiq görüldü

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi sahəsində daha bir uğur qazanıb.

 

“Azərsu” dan Lent. az-a verilən məlumata görə, Bakıda keçirilmiş “Daxili nəzarət və risklərin idarə olunması” mövzusunda  Mühasiblərin və Auditorların IV Avrasiya Forumunda Səhmdar Cəmiyyətin nailiyyətləri yüksək qiymətləndirilib.

 

Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun Azərbaycanda rəsmi nümayəndəsi, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Auditorlar Palatası ilə birgə təşkil etdiyi tədbirdə  Avropa və Asiya ölkələrindən müxtəlif dövlət qurumlarının nümayəndələri və nüfuzlu təşkilatlarının təmsilçiləri iştirak ediblər. Forumda çıxış edən “Azərsu” ASC-nin iqtisadi məsələlər üzrə sədr müavini Mahir Məmmədov “Azərsu” –ya daxili nəzarət və risklərin idarə olunması mexanizminin təşkili istiqamətində görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, 2012-ci ildən başlayaraq “Azərsu”-da Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi istiqamətində zəruri texniki və təşkilatı işlər həyata keçirilib.

“Azərsu”-da beynəlxalq maliyyə hesabatları standartlarının tətbiqi və kadr siyasətinin həyata keçirilməsi sahəsində qazanılan uğurlar tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. “Azərsu” ASC-nin sədr müavini Mahir Məmmədov Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) “İlin Maliyyə Meneceri” nominasiyası üzrə mükafatına layiq görülüb.

 

Qeyd edək ki, 5-9 noyabr 2012-ci il tarixlərində London şəhərində Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun (İCFM) təşkilatçılığı ilə keçirilmiş Mühasib və maliyyə menecerlərinin beynəlxalq konfransında  “Azərsu” Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçidi uğurla aparan və müvafiq kadr hazırlığı prosesini fəal davam etdirən şirkət kimi ən yüksək mükafata layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1432
avatar

Oxşar yazılar