“Azərsu” bayramda gücləndirilmiş rejimdə çalışacaq
14 iyun 2018 14:31 (UTC +04:00)

“Azərsu” bayramda gücləndirilmiş rejimdə çalışacaq

15 iyun - Milli Qurtuluş Günü  və Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

 

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında  və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.

 

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288
avatar

Oxşar yazılar