"Azərişıq"da Mərkəzi Qərargah yaradılıb
05 may 2017 11:34 (UTC +04:00)

"Azərişıq"da Mərkəzi Qərargah yaradılıb

 

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Azərişıq” ASC yarışların keçiriləcəyi yerlərin, o cümlədən tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirib.

 

ASC-dən Lent.az-a verilən məlumata görə, operativliyi təmin etmək məqsədi ilə Səhmdar Cəmiyyət üzrə Mərkəzi Qərargah yaradılıb, məsul şəxslər də cəlb olunmaqla tam əhatəli Tədbirlər Planı hazırlanaraq işlək hala gətirilib. Bu məqsədlə idman oyunlarının keçiriləcəyi yerləri, habelə bununla bağlı digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələrində quraşdırılan rele mühafizəsi, avtomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi, yarışlarda növbə çəkəcək əməliyyat heyəti və məsul şəxslərin təkrar treninqlərə cəlb olunması və əks-qəza məşqlərinin keçirilməsi prosesi tam təmin edilib.

 

Keçirilən əks-qəza məşqləri heyətin operativ sxemlərini və imkanlarını nə dərəcədə bildiklərini aşkar etməyə imkan verib, eləcə də, operativ məlumatların alınması və sərəncamların verilməsi vərdişlərini aşılayıb. Treninqlərdə həmçinin operativ heyətin şərti hərəkəti üzrə keçirilən əks-qəza məşqləri zamanı yanğın, qəza və digər mümkün fövqəladə hallar barədə təlimatlar verilib. Ümumilikdə, əks-qəza məşqlərini ümumilikdə İslam Həmrəylik Oyunlarının baş tutacağı 17 əsas və 6 köməkçi obyekti qidalandıran 25 yarımstansiya və 12 transformator məntəqəsində 292 nəfər personal edib.

 

Bundan əlavə yarışların keçiriləcəyi günlərdə elektrik enerji  təchizatında fasiləsizliyi təmin edəcək məsələlərin operativ həll olunması üçün Azərbaycan IV-cü İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi ilə koordinasiyalı fəaliyyətin təşkili sistemləşdirilib. 

 

Artıq “Azərişıq” ASC İslam Həmrəylik Oyunlarına hazırlıqla əlaqədar bütün zəruri işləri tam sona çatdırıb. Hazırda həm dislokasiyalarda, həm arenalarda, həm yarımstansiyalar və transformator məntəqələrindəki personal hazır vəziyyətdə yarışların başlamasını gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar