“Azəriqaz”dan qaz pulu AÇIQLAMASI
15 yanvar 2014 16:22 (UTC +04:00)

“Azəriqaz”dan qaz pulu AÇIQLAMASI

                                       

2013-cü il ərzində ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 2201571619 kubmetr həcmində təbii qaz satılmış və qarşılığında 101,98 faiz vəsait toplanıb. Bu barədə Lent.az-a qurumdan məlumat verilib. Vəsaitin toplanmasındakı yüksək faiz göstəricisi onunla əlaqədardır ki, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qazın həcmi çoxalıb və bu səbəbdən istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməmişdir. Həmin dövr ərzində yaranmış debitor borclar 2013-cü ilin yaz-yay mövsümündən başlayaraq abonentlər tərəfindən ödənilməkdədir.

Qeyd edək ki, güzəştsiz əhali kateqoriyası üzrə 1 yanvar 2013-cü il tarixə mövcud olan debitor borc il ərzində 7,2 faiz azalıb. Yığım faizi isə 102,9 faiz təşkil edib. Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə ümumilikdə bu rəqəm 104 faiz, regionlar üzrə isə 101,9 faiz olub. Ölkə üzrə ən yüksək yığım faizi Xızı rayonunda qeydə alınıb - 121,44 faiz. Bakı şəhərinin rayonları içərisində isə ən yüksək göstərici Sabunçu rayonunda olmuşdur - 107,33 faiz.

Qeyd etmək lazımdır ki, 2014-cü il yanvarın 1-ə olan məlumata görə, əhali sektoru üzrə 110686 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunmaqdadır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2010

Oxşar yazılar