“Azəriqaz” hüquq-mühafizə orqanlarına müraciət edib
30 yanvar 2014 16:13 (UTC +04:00)

“Azəriqaz” hüquq-mühafizə orqanlarına müraciət edib

“Qaz təsərrüfatında Təhlükəsizlik Qaydaları”na zidd olaraq təbii qazdan istifadə qaydalarını pozan 2984 abonentin qaz təchizatı dayandırılıb. Lent.az-ın məlumatına görə, bunu ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev yap.org.az-a müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, 95 abonent barədə hüquq-mühafizə orqanlarına müraciət edilib, 370 abonentə cərimə hesablanıb: “Xidmət sahələrində ay ərzində 8654 sayda qeyri-standart qaz cihazları istismardan çıxarılıb, 2950 abonentin istifadə etdikləri rezin birləşmələri kəsilib”.

 

Ə. Hacıyev onu da vurğulayıb ki,  479 abonentin isə qaz cihazları tüstü bacalarına qoşulmadığından onların qaz təchizatı dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1155

Oxşar yazılar