“Azərbaycanda hər banka düşən bankomatların sayı azdır”
20 aprel 2014 21:35 (UTC +04:00)

“Azərbaycanda hər banka düşən bankomatların sayı azdır”

"Azərbaycanda əhalinin sayına görə bankomatlar olduqca azdır. Bu səbəbdən də bankomatlarla bağlı tez tez şikayətlər olur". Bunu APA TV-də efirə gedən "Sosium" verlişində İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, fəlsəfə elmləri doktoru Ruslan Atakişiyev deyib. İqtisadçı hesab edir ki, bu sahədə çoxlu problem və qüsur var: "Ən başlıca problemlərdən biri mövcud bankların bankomatlara əlçatanlığı təmin etməməsidir. Bu gün dünyanın əksər ölkərlərində hər bir şəhər və rayon mərkəzində ölkədə olan bütün bankların bankomatları var. Azərbaycanda isə hələ də bankomatların bölüşdürülməsi siyasəti aparılmayıb".

 

Statistikaya görə, Azərbaycanda ümumilikdə 2417 bankomat fəaliyyət göstərir. Bu isə o deməkdir ki, hər banka orta hesabla 56 bankomat düşür. Bu, ölkədədki şəhər və rayonların sayından da azdır. Bankomatların təxminən yarısı 2 bankın – Beynəlxalq Bankın və Kapital bankın payına düşür. Bu halda yerdə qalan bankların payına orta hesabla 30 bankomat düşər.

 

Ruslan Atakişiyev hesab edir ki, nə qədər ki, Azərbaycanda pensiyalarla yanaşı, büdcə işçilərinin maaşları, sosial müavinətlər və təqaüdlər  daha çox iki bankomat tərəfindən verilir, bu problem olaraq qalacaq: "Bankların yükü bölüşdürülməlidir. Büdcədən maliyələşən əksər təşkilatın, nazirliklərin seçim hüququ var. Məsələn Səhiyyə, Təhsil və s. nazirliklər istəsə, ödənişləri digər banklar vasitəsi ilə həyata keçərə bilər. Amma bunun üçün gərək bankomat imkanları geniş olan alternativ banklar olsun. Təəssüf ki, digər banklarda bankomat problemi daha çoxdur".

 

Mütəxəsisin fikirincə, Azərbaycanda ən ciddi problemlərdən biri də əhalinin kartlardan nağdsız ödəniş vasitəsi kimi istifadə etməməsidir: "İnkişaf etmiş ölkələrdə nəğdsiz ödəmələr geniş yayılıb. İnsalar dükanlarda, restoranlarda, alış-verişdə daha çox kart vasitəsi ilə ödəyirlər. Bizdə isə maaşlar köçürülən kimi hamı yaxın iki üç gün ərzində bankomatlara axışır. Pulu nağd şəkilində çıxartmaq istəyir. Bu isə bankomatlar qarşısında uzun növbədələrin yaranmasına səbəb olur. Bir qədər konkret söyləsək, hazırda ölkədə 5,8 milyon plastik kart mövcuddur. Bu kartların 4,8 milyon ədədi maaş, pensiya və sosial ödəniş kartlarının payına düşür. Kart sahiblərinin 85%-i nağdlaşdırma əməliyyatına üstünlük verir. Bu düzgün deyil".

 

Banklar bankomatlarda yaranan texniki problemləri vaxtında həyata keçirə bilmir. Ruslan Atakişiyevin hesab edir ki, bankomatları işləkliyinin təmin olunmamasının günahı bankların xidmət siyasətindəki boşluqlardır: "Bilirsiniz, banklar nəinki texniki səbəblərin vaxtında aradan qaldırılmasında, hətta bankomatların sayının artırılmasında da maraqlı deyil. Çünki bu, xərc tələb edir. Bu problemlərin həlli üçün birinci növbədə 24 saat işləyən qaynar xətt yaradılmalıdır. Bir sözlə burda da əlçatanlıq təmin olunmur".

 

Bəzən bankomatlarda xırda pulların olmamasına gəlincə, verlişin qonağı bildirib ki, bu, mərkəzi bankın emissiya siyasəti ilə bağlıdır. Bəzən elə olur ki, xırda pullar daha çox dövryəyə buraxılır, bəzən də iri pullar.

 

İqtisadçıların hesablamasına görə, Azərbaycanda əhalinin hər 100 min nəfərinə 25 bankomat düşür. Bu göstəriciyə görə, Azərbaycan keçmiş SSRİ ölkələri arasında ancaq Orta Asiya ölkələrini qabaqlayır. Məsələn Qırğızıstanda əhalinin hər 100 min nəfərinə 12, Tacikistanda 8, Özbəkistanda 5 bankomat xidmət göstərir. Oxşar göstərici Moldovada 301, Rusiyada 153, Ukraynada 84, Qazaxıstanda 66, Gürcüstanda 42, Ermənistan və Belorusda 41-ə bərabərdir.  İnkişaf etmiş ölkələrdə bu göstərici daha yüksəkdir. Belə ki, Kanadada əhalinin hər 100 min nəfərinə 208, Avstraliyada 167, İspaniyada 149, Yaponiyada 129, Fransada 110, İsveçrə və İtaliyada 100 bankomat ximət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1071
avatar

Oxşar yazılar