“Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyəti təsdiqləndi
11 dekabr 2013 11:16 (UTC +04:00)

“Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyəti təsdiqləndi

Dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatıan görə, sərəncamla “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin aşağıdakı yeni tərkibi təsdiq edilib:

 

Redaksiya heyətinin sədri:

 

Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri.

 

Redaksiya heyəti sədrinin müavini:

 

Akif Əlizadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.

 

Məsul katib:

 

Qərib Məmmədov - AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.

 

 

Redaksiya heyətinin üzvləri:

Elmar Məmmədyarov — xarici işlər naziri

Şahin Mustafayev — iqtisadiyyat və sənaye naziri

Natiq Əliyev — energetika naziri

Ziya Məmmədov — nəqliyyat naziri

Heydər Əsədov — kənd təsərrüfatı naziri

Hüseynqulu Bağırov — ekologiya və təbii sərvətlər naziri

Əbülfəs Qarayev — mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov — təhsil naziri

Oqtay Şirəliyev — səhiyyə naziri

Əli Abbasov — rabitə və informasiya texnologiyaları naziri

Azad Rəhimov — gənclər və idman naziri

Arif Vəliyev — Dövlət Statistika Komitəsinin sədri

Xoşbəxt Yusifzadə — AMEA-nın həqiqi üzvü, Azərbaycan

Respublikası Dövlət Neft Şirkətinin

birinci vitse-prezidenti

Kamal Abdullayev — AMEA-nın müxbir üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, Bakı Slavyan Universitetinin rektoru

Əhliman Əmiraslanov — AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin rektoru

Abel Məhərrəmov — AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru

Ziyad Səmədzadə — AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri

Yaqub Mahmudov — AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri

Məhərrəm Babayev — AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru.

 

Sərəncama əsasən həmçinin, “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında” Azərbaycan Respublikası prezidentinin 2011-ci il 20 aprel tarixli sərəncamının 2-ci hissəsi ləğv edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar