“Azərbaycan həbsxanalarında şərait Avropada ən yaxşı nümunədir”
27 dekabr 2013 13:30 (UTC +04:00)

“Azərbaycan həbsxanalarında şərait Avropada ən yaxşı nümunədir”

“Azərbaycanda həbs edilən şəxslərin saxlanma şəraiti Avropada ən yaxşı nümunə sayıla bilər”.

Lent.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bugünkü sessiyasında qanun layihələrinin müzakirəsi zamanı çıxış edən deputat Əli Hüseynli deyib.

O, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihələrini deputatların diqqətinə çatdırarkən belə deyib.

Onun sözlərinə görə, qanunlara edilən bu dəyişikliklər həbs yerlərində saxlanılan şəxslərin saxlanma şəraitlərinin daha da yaxşılaşdırılmasını təmin edəcək.

Qanun layihələri səsə qoyularaq qəbul edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820
avatar

Oxşar yazılar