Dövlət Televiziyasının “Xəbərlər” proqramının əməkdaşı olmuş, telejurnalist Bəşir Şərifov insult keçirib. Lent.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, B.Şərifov uzun müddətdir ki, böyrək çatışmazlığından əziyyət çəkir və dializə gedib. Dünən dializ aparatına qoşularkən jurnalist insult keçirib. Hazırda səhhətinin pis olduğu və evində müalicə aldığı bildirilir. Qeyd edək ki, bir vaxtlar AzTV-də “Xəbərlər”də baş redaktor işləyən Bəşir Şərifov hazırda “Azərbaycan” qəzetində çalışır.
“Azərbaycan” qəzetinin əməkdaşı insult keçirib
1030