“Azərbaycan-İsrail dostluğu”ndan ermənilərə tənqid
07 mart 2014 12:52 (UTC +04:00)

“Azərbaycan-İsrail dostluğu”ndan ermənilərə tənqid

“Azərbaycan-İsrail dostluğu” təşkilatının rəhbəri Aleks Miller İsrailin Petah-Tikva şəhərinin merinin “erməni soyqırımı qurbanları”na abidə ucaltmaq qərarını tənqid edib.


 

APA-nın “İzRus”a istinadən verdiyi məlumata görə, A.Miller Petah-Tikva şəhərinin meri İshaq Bravermanın bələdiyyə şurasında səsvermə keçirilmədən verdiyi qərarı uzaqgörən olmayan addım adlandırıb.

 

O xatırladıb ki, ölkə parlamenti “erməni soyqırımı” ilə bağlı hələlik heç bir qərar qəbul etməyib.

 

“Ona görə də bələdiyyə səviyyəsində istənilən oyunları İsraili özgələrin mübahisəsinə cəlb etmək istəyənlərə yardım kimi dəyərləndirmək olar. Ümid edirəm ki, şəhərin bələdiyyə şurası lazımi tədbirlər görəcək və merə aid olmayan məsələlərlə bağlı özbaşına qərar qəbul etməyə imkan verməyəcək”, - deyə o vurğulayıb.



 

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar