“Aygün”ün məsələsi gələn ilə qaldı
11 dekabr 2013 16:36 (UTC +04:00)

“Aygün”ün məsələsi gələn ilə qaldı

Dekabrın 11-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, iclasda regional televiziya yayımçısı olan “Aygün” Müstəqil Televiziya və Radio Kompaniyasının (Zaqatala şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.

 

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə  xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün müraciət edilməməsinə və zəruri olan sənədlərin vaxtında  və tam təqdim olunmamasına görə televiziyanın fəaliyyətinin araşdırılması məqsədilə “Aygün” Müstəqil Televiziya və Radio Kompaniyasının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılması təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1386
avatar

Oxşar yazılar