“ASAN Xidmət” in milyonuncu istifadəçisi məlum olub. Lent.az-ın məlumatına görə, bu gün Binəqədi sakini Lalə Məsimova 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinə müraciət edərkən 1 000 000-cu istifadəçisi olaraq qeydə alınıb.
Qeyd edək ki, o, mərkəzə şəxsiyyət vəsiqəsinin dəyişdirməsi ilə bağlı müraciət edib və xidmətdən yararlanıb.