“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir
15 avqust 2017 11:38 (UTC +04:00)

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

ASAN Peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

 

Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə həyata keçirdiyi layihə avqustun 1-dən start götürüb və avqustun 22-dək davam edəcək.

 

Avqustun 1-dən bugünədək 6200 nəfər qeydiyyatdan keçərək ixtisas seçib.

 

Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd ( şəhadətnamə və ya attestat) tələb olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Oxşar yazılar