“Şahdəniz-2”: dinamik və səmərəli inkişaf
25 dekabr 2013 11:44 (UTC +04:00)

“Şahdəniz-2”: dinamik və səmərəli inkişaf

Ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində nail olunmuş “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın uğurlu iqtisadi inkişafının əsası qoyulmuş, milli siyasətin reallaşması üçün əlverişli zəminin mövcudluğu mümkünləşmişdir. Əsrin kontraktı kimi tarixə düşən bu hadisə Xəzər dənizini xarici sərmayələrə açmaqla beynəlxalq arenada səs-küy yaradacaq bir çox iri enerji layihələrinin tətbiqi üçün bazis formalaşdırmışdır. Ötən həftə baş tutan “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması məhz sadalanan siyasi və iqtisadi uğurun tərkib hissəsidir. Azərbaycanın ən iri qaz yatağının tam həcmdə işlənilməsi üçün imzalanmış bu layihə regionun və bütövlükdə  Avropanın enerji xəritəsini dəyişməklə,  Azərbaycanın zəngin qaz ehtiyatlarının  zəruri bazarlara nəqlini təmin edəcəkdir. Layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafına əlverişli şərait yaratmaqla uzun illərdir ki, Azərbaycanda tətbiq olunan “iqtisadiyyatın şaxələndirilməsi”, “neft kapitalının insan kapitalı ilə əvəzlənməsi” siyasətinin reallaşmasında təkanverici amil olacaqdır. Enerji təhlükəsizliyi layihəsi kimi xarakterizə olunan “Şahdəniz-2” geniş əhatə dairəsinə qədəm qoymaqla, daha çox ölkə və şirkəti əhatə edəcək yeni əməkdaşlıq formatı imkanını yaratmışdır.

Enerji siyasətinin uğurlu və təhlükəsiz inkiaşfının əsas elementləri beynəlxalq təsisatlarla sıx əməkdaşlıq, dünyəvi təcrübənin mənimsənilməsi, iqtisadi şaxələndirmə və çoxşaxəli şəffaflıqdır. Belə ki, ölkənin əvəzsiz milli sərvəti olan neftdən qazanılan gəlirlərin düzgün və səmərəli idarə edilməsi, hasilatda şəffaflıq prinsipinin qorunması effektiv siyasətin göstəricisidir. Çünki dünya təcrübəsində iqtisadiyyatın yalnız neft üzərində qurulması,habelə neft gəlirinə güvənlik nəticəsində iqtisadi sistemi iflic edən “Holland sindromu” kimi mənfi presedent də var. Bu baxımdan Respublikamızda təbii sərvətlərdən son dərəcə səmərəli şəkildə,qənaətlə,hər bir ölkə vətəndaşının mənafeyi naminə istifadə olunması,iqtisadiyyatın neft amilindən asılılığının qarşısının alınması,əldə olunan vəsaitlərin elmi-intellektual resursların gücləndirilməsinə,insan kapitalının formalaşmasına yönləndirilməsi istiqamətində məqsədyönlü siyasət danılmazdır.

Layihə ilk öncə milli maraq və mənafenin təmsilçisi, eyni zamanda Azərbaycanda həyata keçirilən sosial inkişaf strategiyasının göstəricisi, milli siyasətin praqmatik isbatıdır. Böyük rezonans yaratmış “Şahdəniz-2” layihəsinin  məhz layiqli xidmət, şəffaf siyasət prinsipinin reallaşmasında əsas aktor olacağı, insan kapitalının dinamik inkişafına istiqamətlənmiş səmərəli siyasətin aparıcı qolu olacağı istisna olunmur.

Nailə Məmmədova

ərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1163
avatar

Oxşar yazılar