Fənn kurikulumlarının tətbiqi ilə bağlı yeni standartlar əsasında “Alman dili” dərslikləri yenidən çap olunacaq.
Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi 2013/2014-cü tədris ilinə II, IV, V, VI, VIII və IX siniflər üçün “Alman dili” dərsliklərinin çap olunaraq bu fənn tədris olunan məktəblərə verilməsi nəzərdə tutulduğunu açıqlayıb.
X və XI siniflərin “Alman dili” dərsliklərinin hazırlanması növbəti tədris ilinə sifariş olunacaq.