Milli Qurtuluş günündə Milli Qəhrəman anılıb
14 iyun 2019 13:24 (UTC +04:00)

Milli Qurtuluş günündə Milli Qəhrəman anılıb

İyunun 14-də "QÜRUR" şəhid ailələri xeyriyyə ictimai birliyinin təşkilatçılığı ilə Milli Qurtuluş günü münasibətilə "Ulu Öndər Heydər Əliyevin qəhrəmanlıq və fədakarlıq məktəbi" adlı tədbir keçirilib.

 

Lent.az xəbər verir ki, tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən şəkillərdən ibarət sərgi təqdimatı olub.

 

Əvvəlcə Ulu Öndərin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları dövlət himnini oxuyub. Təskilatın sədri Naibə Behbudova tədbirin məramını elan edərək, tədbiri açıq elan edib.

Ulu Öndərin haqqında danışdıqdan sonra, yazıçı-publisist Azər Hacıbəyli, Dövlət və Qanun qəzetinin redaktoru Yasəmən Möhübbətqızı, Xocalı soyqırımını tanıtma ictimai birliyinin sədri Şamil Sabiroğlunun Heydər Əliyev haqqındakı  cıxıslar ediblər.

 

Sonra tədbir iştirakçıları Heydər Əliyev haqqında sənədli filmi izləyiblər.

Tədbirdə həmçinin doğum günü bu tarixdə olan Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudov haqqında da sənədli film nümayiş etdirilib.

 

Qeyd edək ki, "Qəhrəmanlıq Zirvəsi" adlı sənədli film Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnamə"studiyasında çəkilib.

Filmin rejissoru Kəmalə Musazadə ekran işi barədə ətraflı məlumat verib.

 

Daha sonra onun qəhrəmanlığı haqqında döyüş dostlarına söz verilib.

Tədbirin sonunda iştirakçılar çay süfrəsinə dəvət edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744
avatar

Oxşar yazılar