Azərbaycanda bir-birini təkrarlayan tibb müəssisələri bağlandı
“Səhiyyənin struktur və şəbəkə göstəricilərində çox ciddi dəyişikliklər həyata keçirilib. Son 15 il ərzində bir-birini təkrarlayan stasionar tibb müəssisələrinin 40 faizi bağlanıb”.
APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini qeyd edib ki, sovet dövründən qalan çarpayı fondundakı 70 min çarpayıdan 30 600-ü ixtisar olunub: “Səhiyyə sahəsində islahatlar davam edir. İcbari tibbi sığortanın tətbiqi ərəfəsində də islahatlar davam etdiriləcək. Lazım olmayan tibbi müəssisələrin forması dəyişdiriləcək və yaxud da onlar bağlanacaq”.
565