Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsindən Böyük Şor küçəsinə istiqamətində yol təmir işləri ilə bağlı bağlanan yol bu gün səhər saatlarından açılıb.
Lent.az-ın məlumatına görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, bu gün səhər saat 7:00-da həmin küçədə işlər başa catıb və avtomobillərin hərəkatı yenidən təmin olunub.
Təmir işlərinə 100-dən yıxarı işçi 60 texnika cəlb olunub.
Qeyd edək ki, həmin yol təmir işləri ilə bağlı üç günlük bağlanmışdı.