Bu il Azərbaycanda Məhərrəmlik ayının nə zaman başlayacağı gün dəqiqləşməyib. Qafqaz Müsəlmanları İdarəsindən Lent.az-a bildirilib ki, ilkin məlumata görə, Məhərrəmlik ayının ilk günü 26 oktyabr tarixi olacaq. Belə olduqda isə, Aşura günü noyabrın 4-ə təsadüf edəcək. “Ola bilsin, Məhərrəmlik oktyabrın 26-dan deyil, 25-dən hesablansın"-deyə, QMİ-dən bildirilib.
İdarədən o da vurğulanıb ki, oktyabrın 17-si və 18-i QMİ bununla bağlı fətva verəcək.