
Sərnişindaşımada bayram qiymətləri - AÇIQLAMA
Azərbaycanda iyulun 28-i və 29-u qeyri-iş günləri olacaq. Lent.az-ın məlumatına görə, 26-sı və 27-si şənbə-bazar günlərinə düşdüyü üçün vətəndaşlar ardıcıl olaraq 4 gün istirahət edə biləcəklər. Bu isə sözsüz ki, sərnişindaşımaya təsirsiz ötüşməyib. Belə günlərdə rayonlara üz tutanların sayında artım olur.
Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev Lent.az-a açıqlamasında bildirib ki, hələlik sərnişin sıxlığı qeydə alınmayıb: “Bu da onunla bağlıdır ki, tətil vaxtıdır və tələblər tətilə çıxıblar. Bundan başqa, hələlik bu günlər iş günləridir”. Növbə rəisi vurğulayıb ki, sabahdan sərnişinlərin sayında artım müşahidə oluna bilər.
“Bayram günləri ilə bağlı süni qiymət artımı problemi yaşanmayacaq?” sualına M. Abdullayev belə cavab verib: “Qiymət artımı məsələsinə ciddi nəzarət olunacaq”.
Qeyd edək ki, Beynəlxalq Avtovağzaldan bildirilib ki, qiymət intizamına nəzarət komissiyası yaradılıb.
“Bayrama görə dəmir yolunda sərnişin sıxlığı artıb”. Bunu isə Lent.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. O qeyd edib ki, həm yay fəsli, həm də bayramla əlaqədar dəmir yolunda sərnişin sıxlığı müşahidə edilməkdədir.
N. Əzmmmədov rayonlara gedən qatarlara əlavə vaqonlar qoşulduğunu da vurğulayıb. Suni qiymət artımı məsələsinə gəlincə, mətbuat katibi bunları bildirib: “İndi bilet satışı kompüterlə həyata keçirilir. Əvvəllər bəzən belə neqativ hallara rast gəlinsə də, indiki vaxtda belə şeylər qəti ola bilməz”
Oxşar yazılar
Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ
5 may 2025 , 14:59
Azərbaycanda ixtisasdəyişmənin ƏN ASAN YOLU – Stressə girməyəcəksiniz
5 may 2025 , 14:39
Leysan, dolu, sulu qar - Sabahın HAVASI
5 may 2025 , 13:01
Azərbaycanda ən xalis və faydalı bal hansı rayonlarda olur? – SİYAHI
5 may 2025 , 11:00
Ürək dərmanları PULSUZ OLACAQ
5 may 2025 , 10:56
Əmək pensiyasının təyini üçün kimlər müraciət edə bilər? – CAVAB
5 may 2025 , 10:32
Mayın birinci yarısında inanılmaz uğur qazanacaq BÜRCLƏR
5 may 2025 , 09:09