<span style="color:red;">ƏSL YAY BAŞLAYIR!  Sabah 40 dərəcə isti olacaq
24 iyul 2014 12:52 (UTC +04:00)

ƏSL YAY BAŞLAYIR! Sabah 40 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 25-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a bildirilib ki, gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 25-də Abşeron yarımadasında gündüz isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubətin normadan çox olması meteohəssas insanlar üçün əlverişsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2365

Oxşar yazılar