Milli Məclisin sədri Oqtay Əsədov NATO Parlament Assambleyasının nümayəndə heyətini qəbul edib. Bu barədə Lent.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Spiker NATO PA-nın sədri H. Beyli ilə söhbətində Azərbaycanın bu nüfuzlu beynəlxalq qurumla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb. Bu cür görüşlərin ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini deyib: “Əvvəllər təşkilatda müşahidəçi statusunda iştirak edən Azərbaycan bu gün NATO Parlament Assambleyasının assosiativ üzvüdür. Təşkilatda Azərbaycan nümayəndə heyətinə Milli Məclis sədrinin birinci müavininin rəhbərlik etməsi bizim bu qurumla əlaqələrə böyük əhəmiyyət verməyimizin göstəricisidir”.
O. Əsədov onu da vurğulayıb ki, Milli Məclisin nümayəndə heyəti NATO PA-nın keçirdiyi tədbirlərdə fəal iştirak edir: “Təqdirəlayiq haldır ki, NATO-nun sammitlərində qəbul olunmuş bəyannamələrdə Azərbaycanın ərazi bütövlüyü həmişə dəstəklənib. Biz gələcəkdə bu təşkilatla əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Qurumun 2014-cü ilin iyununda keçiriləcək Rouz-Rout seminarına Bakının ev sahibliyi etməsi barədə qərar isə bizim tərəfimizdən məmnunluqla qarşılanıb”.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oqtay Əsədov: “...Azərbaycanın ərazi bütövlüyü həmişə dəstəklənib”
Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
16 iyul 2025 , 08:13
Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59