TQDK 2015/2016-cı tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin plan yerlərinə keçirilən müsabiqənin nəticələrini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, abituriyentlər nəticələrlə https://www.e-gov.az/az/services/read/2641/1/?tqdk_xdm=31 linkinə daxil olmaqla tanış ola bilərlər.
Müsabiqənin nəticələrinə əsasən, 8928 plan yerindən 8531-i, başqa sözlə, qəbul planının 95.44 %-i dolub. Qəbul olan abituriyentlərdən 501 nəfər özəl, 4236 nəfər dövlət ödənişli, 3794 nəfər dövlət ödənişsiz orta ixtisas təhsil müəssisələrinə qəbul olunublar.
Qeyd edək ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 2015-ci il iyulun 23-dən 31-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidir. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.