Hər il müxtəlif sahələrin uğurlu insanlarını təltif edən təşkilatçı Sədaqət Rəşidqızı 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları sevindirəcək.
Lent.az-ın məlumatına görə, “Qadın və uşaq problemlərinin araşdırılması” və III Sektor İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək mərasim martın 6-da baş tutacaq. 14 ildir təşkilatçı olduğunu və 10 ildir ölkədə uğurlu xanımları mükafatlandırdığını deyən S.Rəşidqızı Azərbaycanda konsert təşkil edən ilk xanımlardandır.
Mükafatlandırma mərasimində 150-yə yaxın qonağın iştirak edəcəyini deyən xanım təşkilatçı 30-dan çox şəxsin “İlin işgüzar xanımı” müstəqil milli mükafatına layiq görüləcəyini bildirib.
Onun sözlərinə görə, mükafatlandırılan hər bir xanım özəl hədiyyə alacaq. Sonda isə lotoreya keçiriləcək. Lotoreyada qonaqlara müxtəlif hədiyyələr veriləcək: “Xanımların çöhrəsində təbəssüm görmək mənim üçün böyük bir bayramdır”.