81 yaşında ağır əməliyyata girdi: riskli olsa da ...
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti riskli əməliyyat uğurla icra olunub. 81 yaşlı xəstə qadında zəhərli zob əməliyyatı keçirilib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının cərrah endokrinoloqu Azər Hümmətovun Lent.az-a verdiyi məlumata görə, yaşlı xanım son bir il ərzində zəhərli zobdan dərman müalicəsi alıb:
"Lakin müalicə effekt verməyib. Xəstədə boğulmalar artıb və tireostatik dərmanların yan təsirləri müşahidə olunub. Digər xəstəxanalarda xanımın yaşına görə əməliyyat riskli sayıldığından, buna razılıq verilməyib. Lakin Tədris Cərrahiyyə Klinikasında xəstənin 81 yaşı olmasına baxmayaraq, planlı olaraq əməliyyata hazırlandı. Avqustun 28-də xəstədə total tiroidektomiya əməliyyatını icra etdik”.
Əməliyyatın uğurla başa çatdığını deyən həkim əməliyyatı icra edən ATU Tədris Cərrahiyyə Klinikasının kollektivinə təşəkkür edib.
887