5 rayonda qaz olmayacaq
26 may 2014 10:52 (UTC +04:00)

5 rayonda qaz olmayacaq

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz”-dan Lent.az-a verilən xəbərə görə, qaz ölçü qovşaqlarında görüləcək işlər ilə əlaqədar bu gün saat 12.00-dək Xəzər rayonunun, saat 12.00-dan 14.00-dək Siyəzən rayonunun, saat 13.00-dan 15.00-dək Cəlilabad rayonunun bir hissəsinə təbii qazın verilişində fasilə yaranacaq.

 

Saat 15.00-dan 17.00-dək Qusar rayonuna, saat 16.00-dan 18.00-dək isə Masallı rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583
avatar

Oxşar yazılar