Respublikamız zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin bununla belə uzun illərdən bəri Azərbaycanın məruz qaldığı bir çox çətinliklərdən törəmiş ekoloji problemləri həll etmək üçün kompleks tədbirlərin həyata keçirilməsi müstəqillik qazandıqdan sonra mühüm vəzifə olaraq qarşıya qoyulmuşdur. Lakin bununla belə, bu problemlərin artıq qlobal miqyasda həllinin vacib olduğu bir dövrdə Azərbaycanımızın üzləşdiyi ekoloji problemlər hər bir ölkə kimi respublikamızı da ekoloji problemləri ümumbəşəri kontekstə çıxarmağa məcbur etmişdir. Bu baxımdan ölkəmiz ekoloji tarazlığın qorunub saxlanması məqsədilə həm lokal, həm regional, həm də beynəlxalq səviyyədə bir çox proqramlar, layihələrdə iştirak etmiş və bir sıra təşkilar və konvensiyalara qoşulmuşdur.
Son dövrdə ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və formalaşmağa başlamışdır. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir. Son illərdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Bu da Azərbaycan Respublikasını bu sahədə ciddi addımlar atmağa sövq etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası ilə əlaqədar olaraq ölkəmizin hər yerində ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlərin həyata keçirilmişdir. Bu isə Azərbaycanda beynəlxalq standartların mövcudluğunun, bir sözlə, modernləşmənin göstəricisidir.
Bu işlərin mənitiqi yekunu olaraq 2010-cu ilin "Ekologiya ili" elan edilməsi Kompleks Tədbirlər Planı çərçivəsində ölkəmizdə görülmüş misilsiz işlərin bununla bitməyəcəyini bəyan etmiş və əldə olunan nailiyyətlərin davamlı olacağını təsdiqləmişdir.
Ləman Xəlilova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı