4 nazirlikdə yoxlama
06 fevral 2014 15:45 (UTC +04:00)

4 nazirlikdə yoxlama

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a Palatadan məlumat verilib. Kollegiya  iclasında Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsində (VÖEN 6400126081) vergi qanunvericiliyinə riayət edilməsi vəziyyəti, Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolizinq" ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait  hesabına alınan aktivlərin (əsas və dövriyyə vəsaitlərinin) struktur bölməsi olan Horadiz Aqroservis filialı tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin istifadəsi və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Gənclər və İdman Nazirliyinə tikintisi başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbirlərinin nəticələri üzrə Hesabat və Rəylər geniş müzakirə olunaraq təsdiq edilib.

 

Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi barədə  qərar qəbul  edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2057

Oxşar yazılar