4622 namizəd elektron ərizəsini təsdiqləyib
10 iyun 2019 12:32 (UTC +04:00)

4622 namizəd elektron ərizəsini təsdiqləyib

İyunun 10-da Təhsil Nazirliyi sisteminə daxil olan ümumitəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu  başa çatır.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyisme  linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak etmək üçün indiyədək 11 238 namizəd elektron qeydiyyatdan keçib, 4622 namizəd elektron ərizəsini təsdiqləyib, 96 namizədin müraciətinə isə mövcud səbəblərdən imtina verilib.

Qeyd olunan tarixədək ərizəsini təsdiqləmiş namizədlər elektron yerləşdirmədə iştirak edə biləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593
avatar

Aygün İbrahimli

Oxşar yazılar