4000 abituriyent qəbul imtahanlarında iştirak edə bilməyəcək
01 may 2014 17:49 (UTC +04:00)

4000 abituriyent qəbul imtahanlarında iştirak edə bilməyəcək

“Bu il 4000 nəfərə yaxın abituriyent ali məktəblərə və kolleclərə qəbul üçün sənəd versə də, elektron ərizələrini təsdiq edə bilmədiklərindən qəbul imtahanlarında iştirak edə bilməyəcək”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

TQDK sədrinin sözlərinə görə, ümumilikdə elektron ərizələrini təsdiq edə bilməyən 4000 nəfərə yaxın abituriyentin çoxu əvvəlki illərin məzunlarıdır. Onların da əksəriyyəti oğlandır: “Ali və orta ixtisas məktəblərinə sənəd vermək istəyən oğlan abituriyentlər ya həqiqi hərbi xidmətdən hüququ almalı, ya da hərbi xidmət çəkməlidirlər. Biz belə hesab edirik ki, onlar hərbi xidmətə görə sənədlərini təsdiq etdirə bilməyiblər.  İki il bundan öncə buraxılış imtahanlarının TQDK-ya həvalə edildiyi vaxt XI siniflər üzrə məzunların sayı 130 min idi. Bu il isə XI sinifdən 85448 nəfər şagird-məzun bazasına qeydiyyatdan keçib. Ötən il ali və orta ixtisas məktəblərinə 100683 nəfər abituriyent sənəd verib. Bu il isə ilkin statistik məlumatlara əsasən sənəd verənlərin sayı 97 321 nəfərdir. Sənəd verənlərin 88 559-u Azərbaycan, 8762-si isə rus bölməsinin məzunudur. 97 321 nəfərin 35 562 nəfəri I, 23 475 nəfəri II, 26 167 nəfəri III, 12 117 nəfəri isə IV ixtisas qrupuna sənəd verib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1882

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34