Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Lent.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 17:00-dək Ağsu, saat 18:00-dək isə Tərtər və Şamaxı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.