37 dərəcə isti olacaq - YENİLƏNİB
19 iyun 2014 15:03 (UTC +04:00)

37 dərəcə isti olacaq - YENİLƏNİB

0

Bakıda və Abşeron yarımadasında  iyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib. Havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1293

Oxşar yazılar