Bakı və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcək. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 30-35 dərəcə isti olacaq.
İyunun 17-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, bəzi yerlərdə 37 dərəcə, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacaq.