37 çoxmərtəbəli binaya qaz verilib
03 mart 2014 17:28 (UTC +04:00)

37 çoxmərtəbəli binaya qaz verilib

ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Qurumdan Lent.az-a verilən məlumata görə, görülmüş işlərin nəticəsində

yanvar-fevral aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim edən 37 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 5091 mənzil var. 
Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyi 2013-cü ildə 149, 2012-ci ildə isə 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin etmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701

Oxşar yazılar