Azərbaycanda Prezident təqaüdü alan insanların sayı açılanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən, son 10 ildə Azərbaycan qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə 34961 nəfərə Prezident təqaüdü təyin olunub.
Həmin təqaüdlərin orta aylıq məbləği 116,4 manatdır. Son 10 ildə şəhid ailələrinə verilən Prezident təqaüdlərinin orta məbləği 60,5 faiz, müharibə əlillərinə verilən Prezident təqaüdlərinin orta məbləği 10 faiz, Prezidentin fərdi təqaüdlərinin orta aylıq məbləği isə 5 dəfə artıb.