
30 yaşlı qadının beynindən törəmə götürüldü
Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 30 yaşlı qadın pasiyentin xroniki baş ağrıları səbəbi ilə çəkilən beyin MRT-də 5 sm hipofizin adenoması aşkarlanıb.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 2 sm-dən böyük adenomalar görmə sinirlərini sıxır və tədricən görmə problemləri yaranır. Törəmə 3-4 sm-ə çatanda görmə problemləri mühüm dərəcədə pozulur və korluq inkişaf edir.
Pasiyentin üz cizgilərində nəzərəçarpan kobudlaşma olub və müayinə zamanı böyümə hormonu yüksək çıxıb.
Hipofiz adenoması nə qədər böyük olsa, kavernoz sinuslara və ətraf toxumalara invaziya dərəcəsi artır, total çıxarılması və hormonal profilin normaya gəlməsi isə o qədər də çətinləşir. Lakin mühüm görmə problemləri belə, əməliyyat tez bir zamanda icra edilərsə, əməliyyatdan dərhal sonra ciddi dərəcədə yaxşılaşır.
Pasiyent endoskopik yol ilə əməliyyat olunub, törəmə xaric edilib və görməsi əməliyyatdan dərhal sonra yaxşılaşıb.
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09