2 uşaq əcnəbilərə övladlığa verilib
31 may 2016 18:00 (UTC +04:00)

2 uşaq əcnəbilərə övladlığa verilib

0

 

 2016-cı ildə Azərbaycanda əcnəbilər tərəfindən 2 övladlığa götürmə faktı qeydə alınıb. Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin sektor müdiri Seymur Məmmədov məlumat verib. 

 

O bildirib ki, uşaqlar azərbaycanlı xanımlarla ailə quran Böyük Britaniya və Türkiyə vətəndaşlarına övladlığa verilib.

 

S. Məmmədov qeyd edib ki, əcnəbilərə övladlığa verilən uşaqlardan biri 13 yaşlı oğlan, digəri isə 4 yaşlı qız uşağıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 513

Oxşar yazılar